29 Mart 2020 13:10
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Luiziana ştatındakı Oakdeyla həbsxanasında koronavirus infeksiyası COVID-19 diaqnozu qoyulan ilk məhkum ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Federal Həbsxanalar Bürosu məlumat yayıb.

Məlumatda məhkumun şənbə günü, martın 28-də dünyasını dəyişdiyi qeyd olunub. Tibb işçiləri onu xroniki sağlamlıq problemləri olduğunu vurğulayıblar.

Bildirilir ki, 49 yaşlı Patrik Consda xəstəliyin ilk əlamətləri martın 19-da aşkarlanıb. Uzun öskürək şikayətlərindən sonra ona verilən koronavirus testi müsbət çıxıb.

Qeyd edək ki, Patrik Cons 26 aprel 2017-ci ildə həbs olunub. O, satış məqsədilə narkotik maddələr əldə etdiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Müəllif: Səxavət