Gürcüstan Ermənistandan quru yolla vətənə qayıtmaq istəyən rusları buraxmaqdan imtina edib.
Teleqraf.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik koronavirus pandemiyasına görə sərhəddə qalan Rusiya vətəndaşlarına ləngimədən aviarabitə fürsətindən yararlanmaq barədə çağırış edib.
Qeyd edək ki, Rusiya martın 30-dan Belarusla bütün sərhəd-buraxılış məntəqələrini bağlayacaq.