29 Mart 2020 13:40
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyada koronavirus infeksiyası COVID-19 nəticəsində ilk ölüm hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

“Təəssüf ki, Yeni Zelandiya bu səhər COVID-19 ilə əlaqəli ilk ölüm hadisəsini qeydə aldı”, – deyə məlumatda bildirilir.
Eyni zamanda, Yeni Zelandiyada təsdiqlənmiş və ehtimal olunan yoluxma hadisələrinin ümumi sayının 514 olduğu da bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər