Koronavirusla əlaqədar olaraq İtaliyada iqtisadi problemlər kəskinləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Huffington Post” qəzetinin italyan versiyası məlumat yayıb.
Qeyd edilir ki, ölkənin bir çox sakinləri karantin səbəbiylə maddi problemlərlə üzləşiblər, eyni zamanda nağd pul qıtlığı ilə də qarşılaşıblar. Xüsusilə, söhbət iş yeri olan şəxslərdən gedir. Lakin onlar Əməkhaqlarının Ödənilməsinə Təminat Fondunun köməyindən məhrum qalıblar. Bu, işlərini itirmiş və qeyri-leqal işləməyə məcbur olanlara da aiddir.
“Artıq bizim bir avromuz da qalmayıb, biz bir həftə də duruş gətirməyəcəyik”, – deyə Palermo sakini deyib və Baş nazir Cüzeppe Kontedən dərhal cavab istəməsini istəyib, əks halda “inqilab başlayacağını” bildirib.
Nəşrin həmsöhbətləri ərzaq qıtlığından da danışıblar. Məqalə müəllifinin qeyd etdiyi kimi supermarketlərə gələnlərin bir çoxu ərzaq arabalarını doldurur və sonra mallara pul ödəmədən ayrılmaq istəyirlər.
“Kütləvi etirazlar hələ də baş verməyib, lakin İtaliyanın müxtəlif şəhərlərində getdikcə daha çox supermarket əhalinin haqqı ödənilməyən məhsulları götürməsinin qarşısını almaq üçün polisə müraciət etmək məcburiyyətində qalır”, – deyə müəllif yazır.
Qeyd edək ki, İtaliya hazırda koronavirusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.