30 Mart 2020 15:38
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda koronavirus infeksiyasına yoluxmuş 15 xəstənin vəziyyəti ağırdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan açıqlama verib.

Nazir hazırda ölkədə təsdiqlənmiş koronavirus hallarının sayının 482-yə çatdığını deyib:

“Koronavirus infeksiyası ilə təsdiqlənən 482 hadisədən 58-i son gündə qeydə alınıb. Onlardan 25-i əvvəlcədən karantindədir. Bir tibb işçisi də daxil olmaqla, 31 nəfərin həyatı risk altındadır”.

Qeyd edək ki, martın 14-dən etibarən Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimi tətbiq edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər