Rusiyada son sutka ərzində 302 nəfər koronavirusa yoluxub. Bununla da şimal qonşumuzda infeksiyaya yoluxanların ümumi sayı 1836-ya yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.
“Rusiyada son 24 saat ərzində koronavirus infeksiyasına 302 yoluxma hadisəsi qeydə alınıb”, – deyə qərargahın məlumatında qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko Rusiyanın yeddi şirkətinin koronavirusun aşkarlanması üçün test sistemlərinin istehsalına icazə aldığını bildirmişdi.