30 Mart 2020 16:09
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Səhiyyə naziri İlya Yemets istefa ərizəsi yazmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Artyom Dektyarenko açıqlama verib.

Bundan əvvəl keçmiş prezident Petro Poroşenkonun parlamentdəki “Avropa Həmrəyliyi” fraksiyasından olan deputat İrina Geraşenko maliyyə naziri İqor Umanski və Yemetsin istefa ərizəsi yazdıqlarını bildirmişdi. Onun sözlərinə görə, Rada rəhbərliyi fraksiya sədrləri ilə görüşündə Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Energetika Nazirliyinin rəhbər vəzifələrinə yeni namizədlər irəli sürüb.

Dektyarenko isə Səhiyyə nazirinin Prezident Vladimir Zelenskiyə istefa ərizəsini təqdim etmədiyini bildirib.

Onun sözlərinə görə, nazirlik gündə 24 saata qədər intensiv rejimdə işləyir.

Bundan əvvəl Yemetsin Səhiyyə naziri vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar layihəsi Radanın rəsmi saytında qeydə alınıb, təşəbbüs “Qolos” fraksiyasının deputatları tərəfindən dəstəklənib.

Martın 4-də UkraynaAli Radası Baş nazir Denis Şmıyqalın təklif etdiyi Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edilib. Qərara əsasən, 2010-2011-ci illərdə bu quruma rəhbərlik edən tanınmış kardiocərrah Yemets Səhiyyə Nazirliyinin rəhbəri təyin olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər