30 Mart 2020 16:16
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi “I Love Rock`n`Roll” mahnısının həmmüəllifi, müğənni Alan Merrill ötən gün koronavirusun qurbanı olub.

Bunu “Facebook”da onun qızı Laura Merrill açıqlayıb.

“Koronavirus atamı məndən aldı. Onunla vidalaşmağa mənə, sadəcə, iki dəqiqə verdilər”, - bəstəkarın qızı bildirib.

L.Merrill açıqlamasında insanları evdə qalmağa da çağırıb: "Hər kəsi buna ciddi yanaşmağa çağırıram. Pulun önəmi yoxdur. İnsanlar ölür”.

Qeyd edək ki, mərhum Alan Merrill 1951-ci ildə Nyu-Yorkda doğulub. O, 1975-ci ildə məşhur “I Love Rock`n`Roll” mahnısını Ceyk Hukerlə birgə yazıb. Mahnı 1981-ci ildə hitə çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər