29 Sentyabr 2014 14:24
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində onlarla rusiyalı var.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib Onun sözlərinə görə, qruplaşma üzvləri İŞİD-in nəzarət etdiyi ərazilərdə təlim keçdikdən sonra öz ölkələrinə qayıtdıqda həmin ölkələrin təhlükəsizliyi üçün problemə çevrilirlər.

Mixail Boqdanovun İŞİD-in tərkibində 70-80 dövlətin vətəndaşlarının iştirak etdiyini deyib: “Həmin adamlarda Qərb ölkələrinin pasportları var və onlar bütün dünya boyu vizasız və yoxlamadan keçmədən hərəkət edə bilirlər”.

Qeyd edək ki, ötən həftə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İŞİD döyüşçülərinin sayının 30-50 min olduğunu açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər