Koronavirusa yoluxmuş Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəliyin yüngül simptomlarına malikdir. O, özünütəcrid şəraitində işləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumət dəftərxanasının rəsmi nümayəndəsi məlumat yayıb.
“Baş nazirin hələ də yüngül simptomları var, o da səhiyyə naziri (koronavirusa yoluxmuş Mett Henkok nəzərdə tutulur) kimi özünütəcrid şəraitində işləməyə davam edir”, – deyə rəsmi nümayəndə jurnalistlərə bildirib.
Bildirilir ki, Boris Conson bazar ertəsi günü koronavirusla mübarizə ilə bağlı kabinetin iclasını keçirib. O, iclasda video-bağlantı vasitəsilə iştirak edib. Masa arxasında monitor önündə oturan baş nazir qalstuksuz və ağ köynək, qara jaketdə görüntülənib.
Qeyd edək ki, Britaniya Baş nazirinin koronavirus infeksiyasına yoluxduğu martın 27-də təsdiqlənib. O, dərhal Dauninq-Stritdəki iqamətgahında özünü təcrid edib.