“Ermənistan hakimiyyəti koronavirus pandemiyasının nəzarətdə olduğunu bildirsə də, əslində hökumət böyük çaxnaşma içərisindədir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti məlumat yayıb.
Nəşr Paşinyan hökumətinin vəziyyətdən çıxış üçün hələ də lazımlı imkanlarının və tədbirlər planının olmadığını yazıb:
“Bəzi rəsmi mənbələr Paşinyan hökumətinin epidemiya səbəbiylə ortaya çıxan problemləri həll edə bilməyəcəyini istisna etmirlər. Hökumətdəki mənbələr, artıq xalqın Paşinyanın canlı yayımlarındakı şirin sözlərinə və atdığı yemi udmaq üçün əvvəlki inamının olmadığını söyləyirlər, özünün də özgüvəni qalmayıb. Çünki hazırda ortaya çıxmış problemləri aradan qaldırdıqdan sonra daha da böyük bir dalğa gözlənilir.
Ağır iqtisadi problemlər Nikol Paşinyan üçün real təhlükəyə çevrilir. Çünki cəmiyyətin təmin olunmamış təbəqələrinin qiyamı Paşinyanın hakimiyyətinin sonunu gətirə bilər”.