31 Mart 2020 14:14
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda koronavirus diaqnozu qoyulan 62 yaşlı Mareuli sakininin vəziyyəti yaxşılaşıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, kritik vəziyyətdə olan pasiyent artıq özünə gəlib: “O, ünsiyyətə girir. Pasiyenti yaxın günlərdə süni tənəffüs aparatından ayıracağıq”.

Qeyd edək ki, Gürcüstanda koronavirusa daha iki yoluxma faktı təsdiqlənib.

Bununla ölkədə koronavirusa yoluxanların sayı 110-a çatıb, onların 21-i sağalıb.

Karantində 4 995, stasionar nəzarətdə isə 278 nəfər saxlanılır.

Hazırda Gürcüstanda 89 aktiv COVID-19 infeksiyası daşıyıcısı var./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər