Hindistanın Madhya Pradeş əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, şahidlər qəzanın avtobusun təkərinin partlaması nəticəsində sürücünün idarəetmənin itirməsindən baş verdiyini bildirirlər. Rəsmilər yük maşının buğda ilə yükləndiyini və Haydarabat əyalətinə getdiyini söyləyib.
Həkimlər bəzi yaralıların vəziyyətlərinin ciddi olduğunu açıqlayıblar.
Samir