Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, görüşdə Lukaşenko Rusiyadan idxal olunan karbohidrogenlərin qiymətlərinin həddindən artıq baha olduğunu vurğulayıb.
Məlumatda tərəflərin Belarus və Ermənistanın Rusiyadan idxal etdiyi enerji resurslarının qiymətləri ilə əlaqədar fikir mübadiləsi apardığı bildirilib.
Aleksandr Lukaşenko və Nikol Pashinyan təbii qazın qiymətlərinin həddindən artıq çoxaldıldığını qeyd edərək, bunun açıq şəkildə dünya səviyyəsinə uyğun olmadığını deyib.
Telefon danışığının erməni tərəfinin təşəbbüsü ilə baş tutduğu vurğulanıb.