31 Mart 2020 23:29
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda hakimiyyət "koronavirus" sözündən istifadə etməyi qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sərhədsiz Reportyorlar" beynəlxalq təşkilatı bəyan edib.

Türkmən jurnalistlər iddia edirlər ki, koronavirus infeksiyası məktəblərdə, xəstəxanalarda, KİV-də və tibb kitabçalarında qeyd edilmir.

Küçədə maska taxan və ya pandemiyadan danışan insanlar isə həbs təhlükəsi ilə üzləşirlər.

Rəsmi məlumatlara görə, Türkmənistanda koronavirusa yoluxma hadisəsi də qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Qurbanqulu Berdiməhəmmədov vətəndaşlara qədim xalq vasitəsi olan üzərlik tüstüsü ilə viruslardan qorunmağı tövsiyə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər