1 Aprel 2020 12:55
3 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada irqçilər Hamburqda doğulan və yaşayan əslən Türkiyəli olan Öndər Koçun ailəsinə ağlasığmaz sözlər yazılan məktub göndəriblər.

Teleqraf.com xəbər verir ki, Öndər Koça poçt vasitəsilə göndərdikləri zərfdə irqçilər məktuba koronavirus bulaşdırdıqlarını yazıblar.

“Sizə sürprizimiz var. Bizdə korona var. Bu məktuba da bir neçə dəfə öskürdüm. Hər tərəfini də yaladım. Bu dünyadan tək getməyəcəyəm. Son missiyam ailəmə və nəvələrimə əcnəbilərin olmadığı bir Almaniya buraxmaqdır. Öl, yavaş-yavaş öl. Almaniyadan əl çək, sizə pisliklər arzu edirəm. Ümid edirəm virus ailənizin içində sürətlə yayılacaq” - irqçilərin Öndər Koça göndərdiyi məktubunda qeyd edilib.

Evli və 2 uşaq atası olan Koç bildirib ki, məktubu oxuduqdan dərhal sonra əllərini dezinfeksiya edib. Həmçinin bu barədə Türkiyənin Hamburq konsulluğuna məlumat verib. Hamburqun səhiyyə rəsmilərinə müraciət etdiyini bildirən Koç əlavə edib ki, ona kağızdan virusa yoluxmaq ehtimalının az olduğunu bildiriblər:

“Amma bir həftə işə getməməyimi və özümü karantinə almağımı tövsiyə etdilər. Belə bir məktub bizi qorxutmadı, amma tədirgin etdi”.


Müəllif: Cavad