Son sutka ərzində Rusiyada 440 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan bildirilib.
Bununla da xəstəliyə yoluxanların ümumi sayı 2777 nəfərə çatıb.
Məlumata görə, Rusiyada son bir gün ərzində 7 nəfər koronavirus nəticəsində dünyasını dəyişib.
“Gün ərzində yeddi ölüm hadisəsi qeydə alınıb. Bunlardan beşi Moskvada, biri Moskva, biri isə Pskov vilayətində qeydə alınıb. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 24-ə çatıb” – əməliyyat qərargahının açıqlamasında belə deyilir.