1 Aprel 2020 17:29
2 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da aparılan tədqiqata görə, koronavirus xəstələri sağaldıqdan sonra səkkiz günədək virus daşıyıcısı ola bilərlər.

Teleqraf.com xəbər verir ki, virusun ilkin əlamətlərinə öskürək, qızdırma, farenksdəki ağrı və nəfəs darlığı daxildir.

Tədqiqatçılar bir ay ərzində bütün xəstələrin boğazından nümunələr götürərək, virus əlamətlərini analiz ediblər.

Bildirilir ki, xəstə sağaldıqdan sonra əlavə 14 gün karantində qalmalıdır. Bu müddət ərzində sağalan xəstələr test nəticəsi pozitiv çıxanlar kimi diqqətlə və tez-tez müayinə olunmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər