2 Aprel 2020 10:02
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin keçirdiyi qondarma seçkilərlə bağlı bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda beynəlxalq təşkilatlara çağırış edilib.

"Azərbaycan Demokratiya və Rifah Hərəkatı olaraq bu il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri”nin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığımızı bildiririk. Bu hadisəni Azərbaycanın suverenlyinə və ərazi bütövlüyünə növbəti qəsd kimi qiymətləndirir və hesab edirik ki, bu "seçkilərin” Ermənistan tərəfindən dəstəklənməsi hazırda davam edən danışıqlar prosesinin xələl gətirir və onun pozulmasına xidmət edir.

ADR Hərəkatı beynəlxalq təşkilatları və dövlətləri Dağlıq Qarabağda keçirilən beynəlxalq normalara və Azərbaycan Konstitutsiyasına zidd “prezident və parlament seçkiləri”ni tanımamağa və pisləməyə çağırır”, - bəyanatda qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər