“Belarus və Rusiya Federasiyasının inteqrasiyasından əsl ittifaq ruhunda bir sıra problemlərin həlli üçün qarşılıqlı məqbul həll planları hazırlanacağını gözləyirəm. Bu, Belarus və Rusiya xalqları üçün layiqli gələcək naminə ciddi bir ehtiyatdır".
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Belarus və Rusiya Xalqlarının Birliyi Günü münasibətilə təbrik göndərib.
Təbrikdə bu gün iki ölkənin yeni birləşmə mərhələsinin astanasında olduğu vurğulanıb.
Eyni zamanda Birlik Dövləti daxilində inteqrasiya prosesi başlamasının Belarus-Rusiya münasibətlərinin daha dərin məzmun almasına töhfə verdiyi, iki ölkənin səmərəli iqtisadi və sosial inkişafı üçün real üstünlüklər yaratdığı qeyd edilib.