2 Aprel 2020 15:04
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistandakı vətəndaşlarını geri qaytarmaq üçün çarter reysi həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, aprelin 3-də Ural hava yolları İrəvan-Soçi marşrutu üzrə uçuş planlaşdırıb.

Biletlər artıq aviaşirkətin saytında satışa çıxarılıb.

Rusiyanın Ermənistandakı səfirliyi Ermənistanda olan və Rusiyaya qayıtmaq istəyən bütün Rusiya vətəndaşlarının yaşayış yerindən asılı olmayaraq bu fürsətdən yararlanmasını tövsiyə edib.

Məlumata görə, başqa reys nəzərdə tutulmayıb.

Rusiyaya aparılan bütün şəxslərin 14 gün ərzində karantində saxlanılacağı bildirilir.


Müəllif: Nərgiz