Vətəndaşlara koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edən Filippin Prezidenti Rodriqo Duterte karantin qaydalarını pozan şəxslərin odlu silahla öldürülə biləcəyini deyib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu açıqlamanı ölkədə qida çatışmazlığına etiraz olaraq nümayişlərin başlamasından sonra verib.
Duterte ölkənin ən böyük adası Luzonda elan edilən bir aylıq karantin dövründə problem yaradan şəxslərin vurularaq öldürülməsi ilə bağlı ordu və polisə təlimat verəcəyini istisna etməyib:
"Bu, hamıya edilən bir xəbərdarlıqdır. Bu dövrdə hökumətin qərarlarını izləyin, çünki mövcud vəziyyətə nəzarət olduqca önəmlidir. Tibb işçilərinə və həkimlərə zərər verməyin, çünki bu, ciddi bir cinayətdir. Əks halda polis ə orduya təlimatım bu ola bilər, kimsə problem yaratsa və başqalarının həyatlarını təhlükəyə atsa, vurub öldürün".