Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi tərəfindən tibbi ləvazimatlar yardımı edilən İspaniya və İtaliya Baş nazirlərinə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri məktubunda bəzi məqamları xüsusilə qeyd edib.
İtaliya Baş nazirinə göndərdiyi məktubunda bildirib ki, dostluq nişanəsi olaraq Türk Qızılayı vasitəsilə İtaliyaya yardım göndərilib:
“NATO-nun EADRCC vasitəsilə yardım çağırışlarınıza cavab olaraq hərbi kanallarımızdan əlavə tibbi ləvazimat göndəririk. Həmçinin epidemiya ilə mübarizədə İtaliyanın ehtiyac duyduğu tibbi ləvazimatların ölkəmizdən ixracatı üçün əlimizdən gələni etdik”.
Ərdoğan İspaniya Baş nazirinə göndərdiyi məktubda isə vurğulayır ki, türkçə “Dost pis gündə bəlli olar” atalar məsəli var:
“NATO-nun EADRCC vasitəsilə yardım çağırışınıza cavab olaraq Hərbi Hava Qüvvələrimizə aid təyyarə ilə ölkənizə tibbi ləvazimatların çatdırılmasını təmin edirik”.