2 Aprel 17:30
322

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirus pandemiyası ilə əlaqədar ölkədəki vəziyyəti Çernobıl faciəsinə bənzədib.

Teleqraf.com xəbər verir ki, o, xalqa videomüraciətində Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan sonra dövlətin xalqı 1 May günü ilə əlaqədar mərasimə topladığını xatırladıb.

"O vaxtlar heç kim qorxmurdu, çünki radiasiya görünməz idi. Koronavirus da o cürdür, görünmür".

Zelenski insanları evdə qalmağa çağırıb: "Heç kim çimərlikləri oğurlamır, qumları heç kəs yük maşınları ilə daşımır.
Parkların heç biri itmir, gəzintilərə bir az fasilə vermək olar".


Müəllif: Nərgiz