Rusiya liderinin sözçüsü Dmitri Peskov Belarusun Baş naziri Sergey Rumasın ölkəsinin bir bareli 4 dollardan 2 milyon ton Rusiya neftinin alınmasını nəzərdə tutduğu barədə açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, D.Peskov bunun “bazar konyukturası məsələsi” olduğunu bildirib.
“Biz, hər zaman bazar konyukturası barədə danışırıq”, – deyə TASS Peskovun sözlərindən sitat gətirir.
Mətbuat katibinin izah etdiyi kimi, “əgər belə bir zaman yetişsə, bu cür qiymətlərlə təkliflər olsa, o zaman satın almaq mümkün olacaq. Ancaq əgər belə bazar vaxtları gəlməsə və gəlsə də bu cür təkliflər mövcud olmasa, alış baş tutmayacaq”.
Qeyd edək ki, Belarusun Baş naziri Sergey Rumas bundan əvvəl ölkəsinin Rusiyadan bir bareli təxminən 4 dollara 2 milyon ton neft ala biləcəklərini gözlədiyini açıqlamışdı.