2 Aprel 2020 22:14
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin aprelin 2-də xalqa növbəti dəfə müraciətlə çıxış edib.

Rusiya dövlətinin başçısı həm dünyada, həm də Rusiyada koronavirus epidemiyasının pik nöqtəyə çatmadığını vurğulayıb. O, Moskvada koronavirusla bağlı vəziyyəti yaxşılığa doğru dəyişməyin hələlik mümkün olmadığını, lakin yaşlıları qorumağa, uşaq müəssisələrində epidemiyanın yayılmasının qarşısını almağa nail olunduğunu qeyd edib.

Prezident Vladimir Putin ölkədə əmək haqqı saxlanmaqla qeyri-iş həftəsinin müddətinin aprelin 30-dək uzadılması barədə sərəncam verib. Eyni zamanda, o, vəziyyət yaxşılığa doğru dəyişdiyi təqdirdə bu qərarın dəyişəcəyini istisna etməyib.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, iş yerlərinin və əhalinin gəlirlərinin saxlanması hökumətin prioritet məsələlərindəndir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər