2 Aprel 2020 22:41
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda gün ərzində COVID-19-dan ikinci ölüm qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı altı nəfərə çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ölüm "Nork" kliniki yoluxucu xəstəxanasında qeydə alınıb. Ölən şəxs 78 yaşlı pasiyentdir.

Ölən qadında xroniki xəstəliklər, o cümlədən şəkərli diabet, arterial hipertoniya mövcud olub. "O, Ermənistan vətəndaşı deyildi", - mətbuat katibi bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər