Amazon meşələrinin dərinliklərində yerləşən bir kəndin 20 yaşlı qadın sakinində koronavirus aşkar olunub.
Teleqraf.com xəbər verir ki, bu, Braziliyadakı 300-dən çox qəbilə arasında ilk koronavirusa yoluxma faktıdır.
Beləliklə, bütün dünyanı cənginə alan “COV-19” pandemiyası meşələrin dərinliklərinə qədər enib. Virusun aşkar olunduğu Kokama Amazonda Peru-Kolumbiya sərhədlərində yaşayan ən böyük qəbilələrdən biridir.
Braziliya Səhiyyə Nazirliyinin yaydığı məlumatda bu fakt öz təsdiqini tapıb.