3 Aprel 2020 11:00
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da koronavirusdan ölənlərin sayı 5926-ya çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin məlumatında bildirilir.

Beləliklə, ABŞ-da 24 saat ərzində koronavirusdan ölənlərin sayı 1 169 nəfər olub. Bu, bir gün ərzində ölkədə koronavirusdan ən çox ölüm sayının qeydə alınması deməkdir.

Əvvəlki “rekord” İtaliyaya aid idi, bu ölkədə martın 27-də bir gündə 969 ölüm qeydə alınmışdı.

Universitet rəsmi mənbələrdən və mediadan gələn geniş statistik məlumatları ümumiləşdirir.


Müəllif: Səxavət