3 Aprel 2020 11:47
4 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hələ də Avropa İttifaqı ilə yeni sanksiyaların müzakirəsinə başlamayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib.

Diplomat koronavirus pandemiyasının dünyada gərginlik yaratdığı bir vaxtda Rusiyaya sanksiya tətbiq edən Aİ-ni vəziyyətdən sui-istifadə etməkdə ittiham edib.

Bundan əvvəl, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bəndə koronavirus pandemiyası kontekstində xəstəliyin yayılması baxımından, ən həssas ölkələrin vəziyyətini daha da çətinləşdirən sanksiyaların qaldırılmasının vacibliyini söyləyib. BMT Baş katibi Antonio Quterreş də qida, tibbi yardım və zəruri avadanlıqların alınmasına maneə törədən sanksiyaları qaldırmağa çağırıb.

Rusiya, Çin, İran, Suriya, Şimali Koreya, Kuba, Nikaraqua və Venesuela hökumətləri Quterreşə məktub göndərərək, ölkələrin COVID-19 koronavirusu ilə mübarizəsinə mane olan birtərəfli sanksiyaların tam və dərhal qaldırılmasını tələb ediblər.

Əlavə edək ki, Avropa İttifaqı mart ayının sonlarında növbəti Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər