3 Aprel 2020 14:45
1 992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putin koronavirusla mübarizədə effektiv fəaliyyət qura bilməyən qubernatorları vəzifələrindən çıxarıb.

Teleqraf.com xəbər verir ki, COVİD-19-la mübarizə başlayan və ölkədə aprel ayının bütün günlərini qeyri-iş günü elan edən Kreml növbəti həmləsini həyata keçirib.

Məlumata görə, Prezident Putin Komi və Arxangelsk qubernatorlarını vəzifədən çıxarıb.

Komi Muxtar Respublikasının rəhbəri Sergey Kaplikov sosial şəbəkələrdə ona dəstək verənlərə təşəkkür edərək, istefa verdiyini elan edib.

Arxangelsk qubernatoru İqor Orlovun istefası da Prezident Putin tərəfindən qəbul edilib. Putin Orlovun yerinə müvəqqəti olaraq Aleksandr Tsybulskini təyin edib.

Rusiya mediası isə baş verən istefaların Putin tərəfindən istənildiyini bəyan edir.


Müəllif: Cavad

Oxşar xəbərlər