Ermənistanda COVID-19 pandemiyasına yoluxanların sayı 73 nəfər artaraq 736-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.
Məlumatda bu günə qədər ölkədə 663 təsdiqlənmiş koronavirus hadisəsinin olduğunu bildirilib.
Ermənistanda COVID-19-dan yeddi nəfər ölüb. Koronavirusla mübarizə üçün ölkədə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib.