3 Aprel 2020 14:55
2 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstintaq Komitəsi Rusiya Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəis müavinləri, ədliyyə general-mayorları Aleksandr Krakovski və Aleksandr Biryukovu həbs edib. Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” Moskvanın Basman rayon məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin əməkdaşları iş adamı Albert Xudoyanın istintaq təcridxanasından ev dustaqlığına keçirilməsini asanlaşdırmaqda şübhəli bilinərək tutulublar.

Agentliyin bildirdiyinə görə, xüsusilə mühüm işlər üzrə müstəntiq Aleksandr Bryantsev də həbs olunub və ona qarşı ittiham irəli sürülüb.

“Krakovski, Biryukov və Bryantsevə Rusiya Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Vəzifə səlahiyyətlərini icra edən şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə”) maddəsi üzrə ittiham irəli sürülüb”, – deyə məhkəmənin sözçüsü bildirib.

Qeyd edilir ki, məhkəməyə müstəntiq tərəfindən təqsirləndirilən şəxslər barəsində iyunun 1-dək həbs-qətimkan tədbirinin seçilməsi üçün materiallar daxil olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər