29 Sentyabr 2014 19:15
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Cevizcan və Faryab vilayətlərində Taliban xadimləri təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda 15 nəfər ölüb.

Teleqraf.com-un haber7.com-a istinadən verdiyi xəbərə görə, Cevizcan polis rəisi Fakir Muhammad Cevizcani verdiyi açıqlamada Kuştepe rayonundakı polis bölməsinə hücum təşkil edən xadimlər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma çıxdığını bildirib.

Saatlarla davam edən döyüşlərdə 6 xadimin və 5 polisin həyatını itirdiyini deyən Cevizcani 4 nəfərin də yaralandığını qeyd edib. Yaralananlardan 3-ü militandır.

Cevizcani əlavə qüvvələrin əraziyə göndərilməsidndən sonra döyüşçülərin geri çəkildiyini söyləyib.
Bundan əlavə, yayılan məlumatlarda Türkmənistan sərhədi yaxınlığındakı Kaysar rayonunun Ax Kotal bölgəsində qarşıdurma nəticəsində 4 təşkilat üzvünün öldürüldüyü, 3-nün də yaralandığı açıqlanır.

Samir


Müəllif: