3 Aprel 2020 19:56
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan xəstəxanadan çıxarılaraq, cəzaçəkmə müəssisəsinə aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Köçəryanın vəkilləri məlumat yayıb.

“Koronavirusla bağlı mövcud vəziyyətdə Köçəryanın sağlamlığı üçün təhlükəsizliyi nəzərə alaraq istintaq təcridxanasına təhvil verilməsinin nə dərəcədə məqsədəuyğun olması məsələsi müzakirə olunurdu. Bununla belə müzakirələr nəticə vermədi. Artıq bilinir ki, həbsxanalarda koronavirusa yoluxma halları qeydə alınıb və testlər lazımi səviyyədə aparılmır. Hesab edirik ki, Köçəryanın saxlanıldığı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının testlərdən keçirilməməsi onun üçün həyatı təhlükə vəd edir”, - məlumatda qeyd edilib.

Xatırlaqdaq ki, Ermənistanın Vardaşen cəzaçəkmə müəssisəsinin beş əməkdaşına koronavirus diaqnozu qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər