Fransanın “Milli Birlik” hərəkatının (keçmiş “Milli Cəbhə” Partiyası) lideri Marin Le Pen Avropa İttifaqının koronavirus infeksiyası ilə mübarizədə Çinin köməyindən asılı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə müsahibəsində bildirib.
“Avropada heç bir şey yoxdur. Hazırda Avropa böyük subyektlərdən tamamilə asılıdır... Çindən tamamilə asılıdır... Bu böhan Avropa İttifaqının dəhşətli dərəcədə zəifliyini göstərdi”, – deyə Le Pen bildirib.
Bundan əvvəl Çin koronavirus infeksiyası COVID-19-la mübarizə üçün Pakistana humanitar yardım olaraq 5,4 ton tibbi ləvazimat göndərmişdi.