Türkiyədə koronavirusa qarşı mübarizə çərçivəsində "Biz bizə yetərik, Türkiyəm" şüarı ilə Milli Həmrəylik Kampaniyası çərçivəsində 900 milyon lirə vəsait yığılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən başladılan "Biz bizə yetərik, Türkiyəm" yardım kampaniyası böyük maraqla qarşılanıb.
Qeyd edək ki, kampaniyaya siyasətçilər, iş adamları və bir çox ictimai xadim qatılıb.
Kampaniyaya dəstək verənlər arasında MHP sədri Dövlət Baxçalı, hakim Ədalət və İnkişaf Partiyasının millət vəkilləri, rayon təşkilatlarının sədrləri də var.
Kampaniyaya, eyni zamanda iş adamları və elm adamlarından da böyük dəstək gəlib.