ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.
Teleqraf.com-un məlumatına görə, D.Tramp tibbi maska taxmağı onun statusu ilə uyğun olmadığını hesab edir.
"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə bunu (tibbi maska taxmağı) istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığını sualını cavablandırıb.
"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, diktatorları, padşahları, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.
O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirusla bağlı vəziyyət "çox tezliklə başa çatacaq".