Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Fransa Prezideni Emmanuel Makron və Almaniya Kansleri Angela Merkelə məktub yazaraq, Avropa İttifaqından Türkiyə ilə yeni miqrant sazişi imzalamasını istəyib.
Teleqraf.com xəbər verir ki, Baş nazir yeni saziş çərçivəsində Türkiyəyə ediləcək maddi dəstəklə Avropaya miqrant axınının azalmasının düz mütənasib olmasının vacibliyinə diqqət çəkib.
Miçotakis qeyd edib ki, Türkiyə ilə əməkdaşlıq Avropaya miqrant axınının qarşısının alınmasında vacib faktordur.
Məktubda Türkiyənin miqrant axınına nəzarət edə biləcək gücdə olduğunu yazan yunan baş nazir, Ankaranın qaçqınlardan Aİ-yə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyini bildirib.
Miçotakis Aİ-dən Türkiyəyə maddi dəstəyin “Daha az axın üçün daha çox maliyyə, daha böyük axın üçün daha az maliyyə” prinsipinə əsaslandırılmalı olduğunu qeyd edib.