“ABŞ və İran qeyri-ixtiyari olaraq müharibə mərhələsinə yaxınlaşıb”.
Teleqraf.com xəbər verir ki, bunu iranlı deputat Hişmətullah Fəllahətpişe deyib.
O iddia edib ki, əgər müharibə baş versə, bu, iki ölkənin iradəsi ilə deyil, üçüncü tərəflərin istəyi ilə reallaşacaq.
Fəllahətpişe üçüncü tərəflərin ABŞ və İran arasında yaşanan fikir ayrılıqlarını alovlandırdığı, bununla da gərginliyin süni şəkildə artdığı qənaətindədir.