Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də İrandır.
Teleqraf.com xəbər verir ki, Qum şəhərində koronavirusdan müalicə alan bu 106 yaşlı xəstə 14 gün sonra sağalıb və bu virusa qalib gələn ən yaşlı insan olub.
Qum Sağlamlıq Elmləri Universitetinin sosial media hesabında Furkani xəstəxanasında müalicə olunan 106 yaşlı kişinin sağaldığı və evə buraxıldığı açıqlanıb.
Epidemiyada ən yüksək risk qrupunu təşkil edən 80 yaşdan yuxarı xəstələr də koronavirusdan müalicə alaraq tamamilə sağala bilər. Daha əvvəl də İranın Simnan əyalətindəki Haver Ahmedi adlı 103 yaşlı qadının, Bem şəhərində 91 yaşlı xəstənin və Qum şəhərində 90 yaşlı qadının koronavirusa qalib gəldiyi açıqlanıb.
Qeyd edək ki, İranda ötən gün daha 134 nəfər koronavirus səbəbiylə həyatını itirib və ümumi say 3294-ə çatıb. 53183 nəfər virusa yoluxub. Bu günə qədər İranda 17935 nəfər bu xəstəlikdən sağalıb.