29 Sentyabr 2014 17:58
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərliyi ilə koalisiya güclərinin “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava hücumlarnın keçirdiyi bir zamanda yayılan xəbərlər ürəkaçan olmuyub.

Teleqraf.com-un haberturk.com-a istinadən verdiyi xəbərə görə, məlumatlarda İŞİD-in İraqa səs salacaq həmləsi üçün böyük hücuma başlandığı bildirilib. İddia edilir ki, İŞİD artıq İraqın paytaxtı Bağdadın 1 kilometrinə qədər irəliləyib.

Yayılan xəbərlərdə deyilir ki, dünənki hücumlarda İŞİD 1000-ə yaxın İraq əsgəri öldürüb. İŞİD-in Bağdadın 2 kilometrində bir çox kəndi ələ keçirdiyini bildirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər