Əfqanıstanın yeni prezidenti Əşrəf Qani sentyabrın 30-da ABŞ ilə təhlükəsizlik təminatı haqqında saziş imzalayacaq.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, sənəd NATO-nun Əfqanıstandakı qoşunlarının statusunu müəyyən edir. Bu barədə məlumatı ABŞ-ın Əfqanıstandakı səfirliyi yayıb. Bildirilir ki, ilin sonunda NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatının iştirak müddəti başa çatır. Ehtimal olunur ki, bundan sonra təhlükəsizlik qüvvələri ilk növbədə bu ölkənin öz kadrlarının hazırlanmasında kömək göstəriləcək.
Səfirliyin məlumatına görə, təntənəli imzalanması mərasimində Amerika administrasiyasının nümayəndələri iştirak edəcəklər. İştirakçıların dəqiq tərkibi hələlik təhlükəsizlik tədbirlərinə görə açıqlanmır.
Qeyd edək ki, eks-prezident Həmid Kərzai belə bir razılaşma imzalamaqdan imtina edib.
Samir