5 Aprel 2020 01:29
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı təqribən 80 min nəfər artaraq, 1 051 635 nəfər olub.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-dən verilən bilgiyə görə, sutka ərzində yeni növ koronavirusa 79 332 nəfər yoluxub. İndiyə qədər bu virusdan 56 985 nəfər dünyasını dəyişib. Son sutka ərzində isə koronavirusdan ölənlərin sayı 6 664 nəfərdir.


Müəllif: Nahid