5 Aprel 2020 11:32
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentində çalışan daha bir amerikalının yeni növ koronavirusa yoluxması təsdiqlənib.

Teleqraf.com xəbərverir ki, bununla da hərbi kontingentdə xidmət edən və çalışanlar arasında virusa yoluxanların sayı 18 nəfərə çatıb.

Virusa sonuncu yoluxan şəxs paytaxt Seula 70 kilometr məsafədə yerləşən Osan bazasında müqavilə əsasında çalışan mülki şəxsdir. O, evində karantin alınıb. ABŞ hərbi kontingentinin komandanlığı və Cənubi Koreyada hökuməti həmin şəxsin hərbi bazada yaxın təmasda olduğu şəxslərin müəyyən edilməsi üçün fəaliyyətə başlayıb.

Bu, həm də ABŞ hərbi kontingentinin komandanlığının yerləşdiyi Hamfris düşərgəsinə çox yaxınlıqda yerləşən Osan bazasında COVID-19 infeksiyasına son günlər 2-ci yoluxma faktıdır. Artıq bazanın bir hissəsi bağlanıb, səhiyyə müdafiəsi səviyyəsi yüksəldilib.

ABŞ-ın Cənubi Koreyadakı bütün hərbi bazalarında risk səviyyəsi ən yuxarı həddə qaldırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər