5 Aprel 2020 16:20
3 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu "Deyli Meyl" nəşri Rusiyanın koronavirusla mübarizə çərçivəsində İtaliyaya göndərdiyi həkimlərin içərisində hərbi casuslar gizlətdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, kimyəvi silah mütəxəssisi Hamiş de Bretton-Qordon həkimlər arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəsmilərinin olduğunu söyləyib.

"İtaliyadakı rus həkimlərin və hərbçilərin kəfiyyat məlumatları toplamayacağını düşünmək sadəlövhlük olardı. Heç şübhə yoxdur ki, həkimlər arasında QRU-nun rəsmiləri də var", - deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Rusiya İtaliya hökumətinin tələbi ilə martın 22-dən etibarən Bergamo şəhərinə tibbi ləvazimat və həkimlərdən ibarət 15 təyyarə göndərib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər