5 Aprel 2020 17:19
2 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə şəhərlərinin birində iş adamı 276 nəfəri koronavirusa yoluxdurub, həmin şəxslərdən 5-i ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk Tibb Dərnəyi Mərkəzi Şurasının üzvü Filiz Ünal İncekara məlumat yayıb.

Onun sözlərinə görə, vəziyyət ciddidir və insanlar izolyasiya qaydalarına əməl etməlidir: "İnsanlar maska taxmalı, gigiyena qaydalarına və sosial məsafəyə diqqət etməlidir. Bu qaydalara riayət edən şəxsin koronavirus testi pozitiv çıxsa belə ən çox halda bir nəfərə yoluxdurmuş olacaq. Lakin hazırda İstanbulda bir şəxsin infeksiyanı 16 nəfərə yoluxdurması qorxuducu rəqəmdir".


Müəllif: Teleqraf.com