Nyu-Yorkun “Bronkssk” parkında dişi pələngdə koronavirus aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə heyvanat parkının məlumatında qeyd olunub.
"Dörd yaşlı Malayya pələngi “Nadi”də koronavirus aşkarlanıb. Onda, bacısı “Azul”da, iki Amur pələngi və üç Afrika şirində quru öskürək müşahidə olunur. Onların hamısının sağalacağı gözlənilir”, - press-relizdə deyilir.
“Biz ehtiyat tədbiri kimi pişik üzərində koronavirus testi keçirdik", - deyə xəbərdə əlavə edilib.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidmətinin milli laboratoriyası həmçinin dişi pələngdə koronavirusun mövcudluğunu təsdiqləyib.