6 Aprel 2020 12:35
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkəsində koronavirus qurbanlarının sayının əvvəlcədən proqnozlaşdırıldığı kimi 100 min nəfərə çatmayacağına ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, D.Tramp jurnalistlərə açıqlamasında deyib:

“Ümid edirik ki, bu rəqəmlərə çatmayacağıq və ondan mümkün qədər uzaqda dayanacağıq”.

Qeyd edək ki, D.Tramp bundan əvvəl ABŞ-da koronavirusdan ölənlərin sayının 100 mindən 200 min nəfərə qədər ola biləcəyini etiraf etmiş, Amerika xalqını ən çətin dövrün növbəti iki həftə olacağına və çox sayda ölümlərin baş verməsinə hazırlaşmağa çağırmışdı.

Qeyd edək ki, Birləşmiş Ştatlar koronavirus infeksiyasına yoluxma hallarına görə dünyada birinci yerdədir. Hazırda bu rəqəm 335 mindən çoxdur, 9,5 min insan ölüb, 17 mindən çox insan sağalıb. D.Tramp əvvəllər belə yüksək göstəriciləri əhalinin aktiv test olunması ilə əlaqələndirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər