İran dövləti 2019-cu ilin noyabrında Türkiyədə öldürülən Masoud Molavi Vardanjan hadisəsinin arxasında iranlı diplomatların olduğuna dair ABŞ dövlət katibi Mayk Pompeonun iddialarını rədd edib.
Teleqraf.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəviyə görə, mübahisə yaratmayan reallıq odur ki, amerikalı diplomatlar çevriliş və terrorçuları silahlandırmaq kimi proseslərin içindədir.
Musəvi əlavə edib ki, Pompeo və ona ağıl verən müəllimləri bu işi yeni bir səviyyəyə çatdırıblar.
Xatırladaq ki, “Röyter” agentliyi ötən həftə yaydığı xəbərdə iranlı müxalifətçi Masoud Molavi Vardanjanın ötən ilin noyabrında Türkiyədə sui-qəsd nəticəsində öldürüldüyünü yazmışdı. ABŞ bu işin İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə əlaqəsi olduğuna inanır.
İranlı müxalifətçi noyabrın 14-də İstanbulda getdiyi küçədə sui-qəsdə məruz qalıb və onu odlu silahla öldürüblər.
“Röyter”agentliyi türk rəsmlərinə istinadən iddia edib ki, İstanbuldakı İran Konsulluğunun iki kəşfiyyatçısı təqib edilir.